Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-06-2024 [00:07]
Qoç - Günü ailə üzvlərinizə və özünüzə həsr edin. Böyük dəyişikliklər olmayacaq və sizdən də əlahiddə səylər tələb edilməyəcək. Sakit və monoton çalışın, işlərinizdə qayda yaradın. Bu gün problemlər ciddi şəkildə hiss olunmasa da, sizi qane edəcək həll variantı tapılmayacaq.
İzafi emosionallıq və hissiyyat sakitlik, hərəkət, diqqət və qayğı tələb edir.
Ailə üzvlərinizin qayğıları ilə maraqlanın, onlara yardın edin, dinləyin. Emosional himayə ən gözəl yardımdır.
Buğa - Gün təmaslar, danışıqlar və xəbərlər baxımından zəngin olacaq. Çox iş görməli, müxtəlif tapşırıqları yerinə yetirməli, nəyisə tapmalı və ya təşkil etməlisiniz. Effektivlik orta səviyyədən aşağı olmasın deyə, tənbəllik etməyin. Fikrinizi yayındırmayın, tez-tələsik başqa işlərlə məşğul olmayın.
Diqqəti ikinci dərəcəli işlərə yayındırıb əsas məsələni unutmayın. Bu gün səhər saatlarından plan hazırlayaraq fəaliyyət göstərin. İşlərinizə başqalarının müdaxiləsinə imkan verməyin. Ev işləri üçün optimal gündür. Görüləsi işləri başa vurmaq üçün əyləncəyə və istirahətə daha az vaxt ayırın.
Əkizlər - İfrat dərəcədə aktiv olmayın, rutin işlərlə məşğul olun və belədə gün uğurlu keçəcək. Özünüzü narahat hiss etdiyiniz yerdə çox qalmayın. Sizi yanlış anlaya bilərlər. İncikliyə yol verməyin, səhih danışmağa çalışın. Düşünülməmiş addımlar atıb, tələsik qərarlar verməyin.
Hissiyatınızı dinləyərək ilkin emosiyalara uymasanız, işləriniz alınacaq. Maraqlı nə isə aşkarlasanız, onu təhlil edin. Evdə, ailə üzvlərinin yanında özünüz təhlükəsizlikdə hiss edəcəksiniz. Günün işlərində çətinliklərin səviyyəsindən asılı olmayaraq onları müzakirə edin.
Problemlər çözüləndir.
Xərçəng - Hadisələrin axarına mane olmayın. Problemlər öz-özünə həllini, suallar da cavablarını tapacaq. Yeni perspektivlər yarana bilər. Münasibətlərdə ikili standartları və ya tərəfdaşınızın, iş yoldaşınızın sizi aldatmağa çalışdığını hiss edəcəksiniz. Qəti qərar verməyə tələsməyin.
Yaxın ətrafınızdakı insanlar bu gün asan, dolayı yollar aramağa, gərginlik və işdən yayınmağa çalışacaqlar. Ən mühüm məsələ və problemlərin həllinə çalışın. Ailədəki bir işlə mühüm məşğul olmaq ehtiyacı yaranacaq. Heç nəyi köklü şəkildə dəyişməyin. Səylərinizi maddi baxımdan nəticə və ya formal sonucun əldə olunmasına yönəldin.
Şəxsi münasibətlərdəki inkişafı sürətləndirməyin.
Şir - Yalana düçar olacağınız situasiyaya düşməməyə çalışın. Sizi dilə tutaraq müəyyən məsələ ilə bağlı öhdəliyə nail olmağa çalışacaqlar. Bilin ki, razılıq versəniz, sonradan ciddi problemlə qarşılaşacaqsınız. İntriqa və oyunlara qatılmayın, dedi-qodu etməyin.
Tələsmədən düşünün, götür-qoy edin, təhlilə varın. Belədə mühüm problemin yeni anlamına nail ola bilərsiniz. İnformasiya ənənəvi kanallardan yan keçərək gələcək, sayıq olun. Dəyər verdiyiniz insanlarla münasibətləri sərinləşdirməyin. Mübahisə yaranarsa, tez barışın. Ev işlərini görün, qohumlara baş çəkin.
Alış-verişdə çox pul xərcləməyin. Ərzaq alarkən son istifadə tarixini yoxlayın. Mühüm qərarlar, bəyanatlar və əməllər üçün uğursuz gündür.
Qız - Bir yerdə dayanmadığınız, ətalətdə olmadığınız üçün bu gün sizi mükafatlandıracaq. Mənəvi əhəmiyyət kəsb edən hadisə baş verəcək. Ola bilər ki, nədənsə əl çəkəsiniz, hansısa məsələdə güzəştə gedəsiniz. Yaranacaq yeni vəziyyət sizi məcradan çıxaracaq. Yeni işlərə başlamayın. Amma faydalı məlumatlar və informasiya aldığınız bütün kanalları açıq saxlayın.
Kiməsə yardım edərək cavab reaksiyası ala bilərsiniz. Hadisələrə aşkar və sərt təsir etməyə çalışmayın. Ola bilər ki, yaşanan situasiyada başqa adamın marağı sizdən daha çoxdur.
Tərəzi - Hadisələrin gedişatı və olayların məcrası indi sizə aydın olsa da, yaşananlar bir anlıq olsa da, narahatlıq yarada bilər. Çünki bütün bunları istəmirdiniz, ehtimal etmirdiniz. Başqalarının inadkarlığı və ambisiyaları ilə əbəs yerə mübarizə aparmayın.
Güzəştə gedin, qüvvənizi sərf etməyin. Emosiyalarla dolu olan günü başa vurun. Qüvvəni və aydın düşünmə qabiliyyətini bərpa etməyin ən yaxşı yolu bir müddət tənha qalmaqdır.
Mövqeləri müdafiə etmək və eyni zamanda sakit həyat tərzinə davam etmək çətindir. Fəqət, hazırda sakitlik daha önəmlidir. Yaxşı təamlar, təmiz hava, yetərincə yatmaq və ətrafdakıların seçiminə dözüm günü problemsiz başa vurmağa imkan verərdi.
Əqrəb - Hadisələrin gərginləşəcəyi, əsəblərin tarıma çəkiləcəyi, işlərdə və hisslərdə qeyri-stabilliyin olacağı gündür. Münasibətlərdə əminlik hiss etmədiyiniz insanla çox açıq və səmimi danışmayın. Günün işləri kimi, hisslərlə əhvalın dəyişməsi də gözlənilməz ola bilər.
Hər şey ani hisslərə əsaslana bilər. Sizə nədənsə xəbər verən işarələrə və nişanlara fikir verin. Emosiyalar burulğanında batmamaq üçün bəlkə də ironik olmalısınız - kim bilir...
Açıq havada gəzinti, əylənmək, istirahət etmək faydalıdır. Hədiyyə dükanlarına baş çəkin, ya da böyük ticarət mərkəzinə yollanın.
Oxatan - Maliyyə məsələləri və ödənişlərdə diqqətli olun. İmpulsiv qərarlar verməyin. İşlə bağlı narahat fikirlər və maddi perspktivlərdən qaynaqlanan qayğıları daha konstruktiv məcraya yönəldin. Çoxdan başladığınız, amma yarımçıq qalmış işi tamamlayıb başa vurun.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səbrli olun, münaqişə, fikir ayrılığı, anlaşılmazlıq və inciklik yarada biləcək söhbətləri dəstəkləməyin.
Şəxsi münasibətlərdə yeni intriqa yarana bilər. Sevdiyiniz insanın qəlbini qırmayın.
Oğlaq - İndi bir çox situasiyalarda dominant rolu oynamaq istəyirsiniz. Şərti məqamların üstündən keçməməyə, üstünlüyünüzü nümayiş etdirməməyə çalışın, yaxın ətrafınızdakı insanların hisslərinə daha çox diqqət verin. Gün ərzində əks cins mənsubu ilə bağlı qəfil situasiya, valideynlərlə fikir ayrılığı mümkündür.
Təmasları məhdudlaşdırın, sizə maraqlı gələcək işlə məşğul olun. Uşaqlarla vaxt keçirmək də pis olmazdı.
Qarşılıqlı münasibətlərdə emosiyalar güclənir. Rəğbət bəslədiyiniz adamın qatıldığı tədbirdə iştirak edin.
Dolça - Bu günü ailə üzvlərinə, evdə bayram əhval-ruhiyyəsinin davamına həsr edin. Dostları qonaq çağırın. Emosional qeyri-stabillik alış-verişdə bədxərcliyə vadar edə bilər. Lakin pul xərcləmək gərginliyin aradan qaldırılması üçün vasitə deyil. Soyuqqanlı və məntiqli olun. Əks təqdirdə bu gün ciddi səhvlərə yol verdiyinizi bir qədər sonra anlayacaqsınız.
Maraqlarınızın təminatı üçün görüş tuta bilər. Söhbət maraqsız və cansıxıcı olsa da, dözün.
Axşam saatlarında istədiyiniz təki dincəlin.
Balıqlar - Ay sizin hissiyat və emosionallığınızı artıracaq. Gün mahiyyət etibarilə rahat olacaq, məhsuldar qarşılıqlı əlaqələr, faydalı informasiya mübadiləsi və dəstək mühiti yaradacaq. Bir çox məsələləri qeyri-rəsmi şəraitdə müzakirə etmək olar. İstənilən halda həmsöhbətinizin davranışına fikir vrein.
Müsbət əhval-ruhiyyə söhbəti doğru istiqamətə yönəltməyə imkan verəcək. Çətinliklər olacaq, lakin onların öhdəsindən gələ bilərsiniz. Səmimi söhbət gərginliyi aradan qaldırmağa imkan verəcək. Ailə üzvləri və yaxınlarınızı sevindirin. Siz də sevinərsiniz.
Milli.Az
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb