Hava limanından maşın oğurladılar

img

02-07-2014 [14:30]


"Azərbaycan Hava Yolları” QSC-yə məxsus avtomobil oğurlanıb.

Virtualaz.org saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cəmiyyətə məxsus "VAZ-2106” markalı avtomobil oğurlanıb.

Məlumat daxil olan kimi polis əməliyyata başlayıb. Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Azərbaycan Hava Yolları” QSC-nə məxsus "VAZ-2106” markalı avtomobili qaçıran şəxsin kimliyi məlum olub.

Oğurluqda günahkar bilinən Bülbülə qəsəbə sakini Namiq Həşimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, AZAL-ın rəhbəri Cahangir Əsgərovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA