Bakıda şadlıq evinə gecə basqını oldu, pul aparıldı

img

08-07-2014 [12:18]


Ötən gecə Binəqədi şossesində yerləşən şadlıq saraylarının biri qarət olunub. 

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, obyektin inzibatçısı Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən şəxs tutulub.

Belə ki, saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulublar.

Onlardan oğurladıqları pulun 1500 manat maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA