“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırıb

img

03-06-2024 [22:31]


“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.

Ağdam klubundan Mia.az-a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), ölkə kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA