Zaha "Qalatasaray"ın baş mşqçisinə "ilişdi", daha sonra isə yazdığını sildi - FOTO

img

03-06-2024 [12:58]


"Qalatasaray"da gözləntiləri doğrulda bilməyən məşhur futbolçu Vilfrid Zaha baş məşqçi Okan Burukun "bostanına daş atıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fil Dişi Sahili yığmasının futbolçusu Vilfrid Zaha sosial şəbəkədə ünvanına yzılan mesajlardan birinə gözlənilməz cavab verib.

O, fanatlardan biirinin "artıq komandada tənbəllərə yer yoxdur. Aldığın pulu haqq edirsənmi? Özünə klub tap, Zaha" mesajına belə cavab verib: 

"4 aylıq zədədən sonra formamı bərpa edib, hər həftə qol vurmağa başlayandan sonra yanvar ayından bu yana şübhəli şəkildə ehtiyat oyunçular skamyasında saxlanmağım barədə nə düşünürsünüz? İndiyədək bunu ürəyimdə saxladım..."

Maraqlıdır ki, qısa zaman sonra 31 yaşlı futbiolçu bu paylaşımı silib.

Onu da qeyd edək ki, Zaha "Qalatasaray"ın heyətində 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi var. Bəzi iddialara görə, Britaniyanın "Vet Hem" komandası onunla yaxından maraqlanır.

Fərid Aslan

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA