Şirvanda 10 yaşlı uşaq kanalda boğulub

img

01-07-2014 [12:34]


Şirvanda 10 yaşlı uşaq kanalda boğulub.

Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan şəhər sakini, 1 May küçəsində yaşayan 2004-cü il təvəllüdlü Hümbətov Kamran Qədir oğlunun meyiti Şirvan şəhəri ərazisindən keçən Baş Şirvan kollektorundan çıxarılıb.

Məlumata görə, Kamran Hümbətov iyunun 26-da kanalın sahilində oynayarkən sürüşərək suya düşüb. Bu gün səhər saatlarında onun meyiti tapılaraq müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Şöbəsinə aparılıb.



Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA