AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

img

24-05-2024 [14:47]


AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Mia.az istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının görüşü mayın 31-də, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA