Məşhur məşqçi karyerasını nöqtələdi - Klaudio Ranieri futbol sahəsi ilə vidalaşdı

img

22-05-2024 [10:00]


İtaliyanın "Kalyari" komandasının dünyaca məşhur məşqçisi  Klaudio Ranyeri karyerasını başa vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

72 yaşlı Ranyeri artıq yaşalndığını və dincəlməyə ehtiyacı olduğunu söyləyib.

Xatırladaq ki, 1986-cı ildə məşqçiliyə başlayan 72 yaşlı italiyalı çalışdırıcı Avropanın aparıcı klublarında çalışıb. Ranyeri 38 illik məşqçilik karyerası ərzində “Kalyari” ilə yanaşı, ölkəsində “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter”, “Sampdoriya”, İspaniyanın “Valensiya”, “Atletiko Madrid”, İngiltərənin “Çelsi”, “Uotford”, “Fulhem”, “Lester Siti”, Fransanınisə "Monako" və "Nant" komandalarının sükanı arxasında uğurlara imza atıb.

O, qısa müddət Yunanıstan Milli Komandasına da rəhbərlik edib. Daha sonra "Kalyari"nin başına keçən məşqçi komandanı İtaliya 1-ci Liqasından A Seriyasına daşıyıb. Bu mövsüm Ranyerinin rəhbərliyi altında 36 xal toplayan və 15-ci pillədə qərarlaşan "Kalyari" ötən həftədən əvvəl A Seriyasında qalacağına zəmanət qazanıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq