14 yaşlı qızı qaçırıb zorladılar

img

30-06-2014 [15:44]


Suriyadakı daxili müharibədən qaçaraq Türkiyəyə sığınan uşaqlar insan alverçilərinin qurbanlarına çevrilir. Şırnakda azyaşlı suriyalı qızın qaçırılaraq kömürxanada saxlanıldığı xəbərini alan polis evdə əməliyyat keçirib. Kömürxanada əlləri və ayaqları bağlı, huşsuz vəziyyətdə tapılan 14 yaşlı suriyalı qız xəstəxanaya aparılıb. 63 yaşlı ev sahibi və 16 yaşlı qızı saxlanılıb. Xəstəxanada müayinə olunan balaca qızın dəfələrlə təcavüz və işgəncəyə məruz qaldığı, bədənində kəsiklər olduğu aşkarlanıb.

Suriyalı qız polislərə atasının vəfatından sonra yük maşını sürücüsü tərəfindən Türkiyəyə gətirildiyini deyib. O, bildirib ki, əlil bir kişiyə baxıcılıq etmək üçün 6000 TL ( 2214 AZN ) müqabilində 63 yaşlı kişiyə satılıb və zorlanıb.

interpress.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA