Ukrayna Başqırdıstanda böyük neftayırma zavodunu PUA ilə vurub - "Ölən və yaralananlar yoxdur, ancaq..."

img

10-05-2024 [00:02]


Ukrayna Başqırdıstandakı nəhəng neftayırma zavoduna zərbə endirib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bu gün Başqırdıstanın Salavat şəhərində yerləşən "Qazprom"un neftayırma zavoduna PUA-larla hücum olub: "Nəticədə zavoddakı nasos mərkəzi zədələnib. Ölən və yaralananlar yoxdur. Zərbədən sonra yanğın çıxsa da, operativ müdaxilə ilə nəzarət altına alınıb".

Xatırladaq ki, son sutkada Rusiyanın Krasnodar vilayətindəki neft anbarına da PUA-larla hücum olub.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR