Xidmət rəisi vəzifədən çıxarıldı

img

20-05-2024 [17:59]


Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətində kadr dəyişikliyi olub.

Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə xidmətin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə sözügedən xidmətə Qəhrəmanov Əkrəm Xanlar oğlu rəis təyin olunub.

Əkrəm Qəhrəmanov uzun illər Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin xüsusi avadanlığın təchizatı üzrə aparıcı mühəndisi vəzifəsində çalışıb(Qaynarinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq