İlham Əliyev və xanımı faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar - FOTOLAR
09-05-2024 [11:01]
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür.
Mia.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.
Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman ehtiramla anılıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
Azərbaycan xalqı artıq dördüncü ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
İlham Əliyevlə Ərdoğan telefonda danışdı - Nələr müzakirə olunub?
"Milli" statusu alan iki teatrın adı dəyişdirilir
Xidmət rəisi vəzifədən çıxarıldı
“Azərişıq” ASC-də yeni idarələr yaradıldı - SİYAHI
Azərbaycan çempionatı: pley-off oyunlarının vaxtı açıqlanıb
Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
Tədavülə yeni metal pul nişanları buraxılıb -FOTO
Qarabağ zonasında daha 308.7 hektar ərazi minalardan təmizlənib
Vergi orqanlarında xidmət haqqında qanun təsdiqləndi - Dəyişiklik
Prezident müddətli həqiqi hərbi xidmətlə bağlı sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QARABAĞ UNİVERSİTETİNƏ YENİ REKTOR TƏYİN OLUNDU - Sərəncam
Rusiya MN açıqladı: "Beloqorovka qəsəbəsini tamamilə ələ keçirdik"
Özünü mülki geyimli polislərə "ələ verən" aktrisadan xəbər var - Serialdan qovulmayacaq
Putinin sözçüsü: "Zelenskinin səlahiyyət müddətinin başa çatması əməliyyata təsir etməyəcək"
Borrel İrana başsağlığı verib
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
İraqda bir günlük matəm elan edilib
Xankəndiyə yeni prokuror təyin olunub - O, kimdir?
Milli komandamız yoldaşlıq turnirinə qatılacaq
MN-də 143 milyon manatlıq fırıldaq: "İşimizi aşırmaq və..." - General və sabiq rəislər "dalan"a dirənib
"İran xalqının kədərinə şərikik" - Əli Əsədov
Artilleriya bölmələri döyüş atışlı taktiki təlimdə - VİDEO
Lavrov: "Rəisi və Abdullahiyan əsl etibarlı dostlar kimi tanınırdı"
Mirmahmud Mirəlioğlu: "Öz məsələm dəqiq deyil"
BMT: "Rəfahdan qaçanların sayı artıq 810 mini keçib"
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib - FOTOLAR
Sabahın hava proqnozu açıqlanıb
Livanda 3 günlük matəm elan edilib - İran prezidentinə görə
İzmirdə 20 İŞİD üzvü tutulub
İlham Əliyev Kamerun prezidentinə məktub göndərib - MƏTN
Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb
İranda milli matəm elan edilib - 5 günlük
Ali Koç "Qalatasaray"ın rəhbərini debata çağırdı: "Məni duelə çağırırsan?" - "Hətta sənin kanalına gələrəm.."
Yevlaxda ər arvadını öldürüb - Açıqlamalar (Yenilənib)
"Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır..." - Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
"Fənərbağça" prezidenti "Qalatasaray"ın bazasına hücum çəkib, işçiləri döyüb - Dursun Özbek "dəliqanlısansa, dur gəl" dedi, dövlətə səsləndi
Qəssam tuqayları əks hücumda: İsrail əsgərləri və hərbi texnikalarına qarşı genişmiqyaslı müqavimət başlayıb
Hakim XİN-ə 15 gün vaxt verib - Qəzənfər Paşayevlə nazirlik arasında məhkəmə qalmaqalı (SƏNƏD)
İsrail sərhəd qapılarını bağladı: 3 min yardım maşını qapıda qaldı
Azərbaycan turizmi: uğurlu təcrübələr - Qalib Arif yazır
İran prezidenti və XİN başçısı helikopter qəzasında həlak oldular - Türkiyənin "Akıncı" PUA-sı yerlərini tapdı, helikopter tam yanıb (FOTOLAR)
Türkiyə İrana "Akıncı" PUA-sı və "Cougar" göndərdi