Yol polisi qovdu, sürücü qəza törətdi - FOTOLAR

img

29-06-2014 [01:13]


Dövlət Yol Polisinin (DYP) əməkdaşı qəzaya səbəb olub.

Bu haqda ANS-ə Xudat şəhərindən zəng vuraraq məlumat veriblər. Şahidlərin sözlərinə görə, DYP-nin əməkdaşı 10 OK 765 nomrəli "VAZ-2107" markalı minik maşınını qovan zaman qəza baş verib.
Hadisə zamanı xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib. Bu informasiyanı ətrafda olan sürücülər də təsdiq edib.
Qeyd edək ki, qəzadan sonra 10 YP 769 markalı DYP maşını hadisə yerindən uzaqlaşıb. 10 OK 765 markalı minik maşınının sürücüsünün Saleh Quliyev adlı şəxs olduğu deyilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA