Hərbçilərimiz yol qəzasına düşdü, ölən və xəsarət alanlar var

img

24-06-2014 [12:47]


Azərbaycanda hərbçilər yol qəzasına düşüb. Hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qeydə alınıb.

Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə məxsus sanitar avtomobili "Hyundai” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən hərbi maşın aşıb.

Nəticədə hərbi maşında olan, hərbi hissənin tibb xidməti rəisi, gizir Vüqar Faiq oğlu Orucov aldığı xəsarətdən hospitalda dünyasını dəyişib. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən əsgər Rəşad Rüfətov isə yüngül xəsarətlə hospitala yerləşdirilib.

Qəza nəticəsində minik avtomobilində olan şəxslərdən bir nəfərinin yüngül xəsarət aldığı bildirilir.

İlkin ehtimala görə, qəza "Hyundai” markalı avtomobilin ötmə əməliyyatına düzgün yerinə yetirməməsi səbəbdən baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindəndə hərbçilərin qəzaya düşməsi faktını təsdiqləyiblər.Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(Apa)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA