Qəzzada 10 mindən çox insan cəsədi dağıntılar altında qalıb

img

01-05-2024 [00:31]


Qəzzada 10 mindən çox insan cəsədi dağıntılar altında qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Fələstin Mülki Müdafiə Müdirliyi hesabat açıqlayıb.

Qurumun hesabatına əsasən, 7 oktyabrdan bəri İsrailin bombardmanı səbəbindən Qəzzada minlərlə bina çöküb, dağılıb: "Çökən, dağılan binaların altında isə ən azı 10 min insan qalıb. Ağır bombardmanlar və texnika çatışmazlığı səbəbindən biz onların cəsədlərini dağıntılar altından çıxara bilmədik. Nəticə etibarı ilə onların çoxunun cəsədi çürüyərək yox olub".

Hesabata görə, faktiki itkin kimi rəsmiləşdirilən həmin şəxslər Qəzzada həlak olanların statistikasına daxil edilməyib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA