"Fənərbağça" pulsuz göndərdi - PAOK "can çəkir" 

img

30-04-2024 [09:37]


Mövsümün əvvəlində "Fənərbağça"dan PAOK-a pulsuz transfer olunan Alli Samatta indi də orada qaçırdığı qol fürsətlərinə görə tənqidlərə tuş gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq yunan azarkeşləri onun komandadan qovulmasını tələb etməyə başlayıblar.

Məlumata gərə, samatta PAOK-da indiyədək 33 matçda meydana çıxsa da, cəmi 3 qol vurub, 3 məhsuldar ötürmə verib: "Tanzaniyalı mərkəz hücumçusu Türkiyədə olduğu kimi, Yunanıstanda da əlverişli fürsətləri sağa-qola xərcləyib. Bu səbəbdən 31 yaşlı futbolçu azarkeşlərin qəzəbinə səbəb olub..."

Yunanıstan mətbuatı yazır ki, təcrübəli hücumçu mövsümün sonunda klubdan göndəriləcək.

Onu da qeyd edək ki, samatta yunan klubundan ilə 1,2 milyon avro qazanır.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA