Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq

img

25-04-2024 [09:41]


Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf turnirində bu gün növbəti oyununa çıxacaq.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İlham Yadullayevin yetirmələri “ABFF Technical Center”də Özbəkistan komandası ilə qarşılaşacaq.

Matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, U-17 turnir çərçivəsində ilk görüşünü Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirib və 0:4 hesabı ilə uduzub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA