Yusif Yazıçının komandası uduzub

img

25-04-2024 [09:35]


Fransanı köklü klublarından sayılan "Monako" ötən gecə öz meydanında Türkiyə millisinin formasını da geyinən Yusif Yazıçının çıxış etdiyi "Lill" komandasını qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Monako" oyundan minimal üstünlüklə ayrılıb - 1:0.

Oyundakı yeganə qolu 61-ci dəqiqədə Yusuf Fofanan vurub.

Yusuf Yazıcı 66-cı dəqiqədə meydana daxil olsa da, yadda qalan oyun sərgilməyib.

Bu nəticədən sonra turnir cədvəlində PSJ 69 xalla lider, ən yaxın izləyicisi "Monako" 58 xalla 2-ci sıradadır. "Lill" isə 52 xalla 4-cü yerdə qərarlaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA