5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
24-04-2024 [00:13]
Azərbaycanda son illər bahalaşan tibbi xidmətlərdən biri də qeysəriyyə əməliyyatlarıdır. İcbari tibbi sığorta hələ tam qüvvəyə minməzdən öncə özəl klinikalar demək olar, doğuş və qeysəriyyə sahəsini tam ələ ala bilmişdi.
Buna səbəb dövlət xəstəxanalarında pulsuz qeysəriyyənin adının olub özünün olmaması, doğum evlərindəki şəraitsizlik, nəzərdə tutulmayan xərclərin çıxması, yaxşı həkimlərin özəl klinikalaracəlb olunması idi.
Belə ki, özəl klinikalarda qeysəriyyəyə gələn ailə bir dəfə kassaya pulunu ödəyir, 3 gün ərzində heç kimə pul vermir, ananın yeməyi, uşağın qidası və pampersinə kimi hər şeyi klinika təmin edir.
Pandemiyadan öncə qeysəriyyə əməliyyatının qiyməti maksimum 1500 manat idi.
Mia.az Medicina.az-a istinadla Bakıda məşhur həkimlərin qeysəriyyə əməliyyatının qiymətlərini təqdim edir:
1.Uzman mama-ginekoloq Turab Canbaxışov. Onun əməliyyatının qiyməti 4000-5000 manat arasında dəyişir.
O, "Liv Bona Dea" İnternational Hospitalın mama-ginekologiya şöbəsinin rəhbəridir. Eyni zamanda Tədris Cərrahiyyə Klinikasında çalışır.
"Tədris Cərrahiyyə"də isə əməliyyatın qiyməti 2000 manatdır.
2. Uzman mama-ginekoloq Samirə Tağıyeva - Liv Bona Dea. O, burada qeysəriyyə əməliyyatını 2500 AZN-ə, digər iş yerində - "Oksigen" klinikasında isə 1500 manata edir.
3. Vüsal Mehtiyev - DTX hospitalı - 2500 AZN. Analiz paketə daxil deyil. Vusal doktor da tanınmış cərrah-ginekoloqdur. 3 il əvvələ kimi Qeysəriyyəni 1700 manata edirdi.
4.Aytən Səfərova, cərrah-ginekoloq - 2400-2500 AZN
Sonsuzluq və süni mayalanma mərkəzi var.
5.Elnurə Mustafayeva, uzman cərrah, mama-ginekoloq - 2100 manat.
Özəl Sonsuzluq mərkəzi var.
6.Mahirə İsmayılova, tibb elmləri namizədi, mama-ginekoloq - Mərkəzi Klinikada şöbə müdiridir -1800-1900 manat (analiz paketi daxil deyil)
Mərkəzi Klinikada qiymət həkimdən asılı olaraq dəyişir.
7.Sədi Allahverdiyev -tibb elmləri doktoru, cərrah ginekoloq - 1850 manat (analiz paketi daxil deyil). Mərkəzi Gömrük Hospitalında ginekologiya şöbəsində çalışır.
8.Kamran Nağıyev - cərrah ginekoloq, "Liv Bona Dea" - 1760 manat. Bura analiz paketi daxil deyil.
9.Natiq Məhərrəmov, cərrah, mama-ginekoloq - 1700 manat (hər şey daxil). "Leyla Medikal Center"də çalışır.
10.Alik Qurbanov - "Baku Medikal Plaza" ginekologiya şöbəsinin rəhbəri. Hər şey daxil 1630 manat.
O, Azərbaycanın ən güclü cərrahlarındandır, qiyməti də bu onluqda təcrübəsi və şöhrətinə rəğmən, ən insaflıdır.
Qeyd edək ki, qiymətlər tək döl hamiləlik üçündür. Əkiz olduqda, qiymət 30% yüksək olur.
Aparılan araşdırma bəzi özəl klinikalarda doğuş və qeysəriyyə qiymətlərinin əlçatan olduğunu göstərir.
Bəzi özəl klinikalarda əgər hamilə adlı-sanlı həkim seçməyəcəksə, klinikanın standart paketindən istifadə edəcəksə, qiymətlər 1000-1200 manat arası dəyişir.
Məsələn, Baku Medikal Plazada 1500-1600 manata da keysəriyyə edilir.
MİA.AZ
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)