Arda Gülər "​​Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq

img

23-04-2024 [18:44]


"Real"ın Baş məşqçi Karlo Ançelotti 19 yaşlı türk oyunşu Arda Turana nəhayət, ilk 11-likdə yer verir. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti yazıb.

Qəzet bildirib ki, türkiyəli futbolçu Arda Gülərin “Real Madrid” – “Real Sosyedad” matçına ilk 11-də başlayacaq.

Xatırladaq ki, bu oyun 26 apreldə, saat 23.00-da başlayacaq.

Onu da qeyd edək ki, Arda bu mövsüm "Real Madrid"in heyətində 7 oyun keçirib və 1 qol vurub.

"Real Madrid" hazırda  81 xalla La Liqada liderdir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA