İran güclü sel: 8 nəfər ölüb - Timsahlarla bağlı xəbərdarlıq

img

22-04-2024 [10:58]


BƏƏ və Omandan sonra güclü sel və fırtına İranı da vurub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətində böyük dağıntılara və insan ölümlərinə yol açıb.

İRNA-ya danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin sədri Məcid Muhibbi bildirib ki, daşqın zamanı dəmir yolunda işləyən 3 işçi boğularaq ölüblər: "Onlarla yanaşı, daha 5 nəfər daşıqlan qurbanı olub. Ölənlərədn biri uşaqdır. Boğulmaq təhüləsiylə üzləşən 43 nəfər isə xilas olunub...".

Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı iə əahliyə xəbərdarlıq edib. 

Bidlrilib ki, güclü daşıqnlardan sonra bölgədə olan timsahlar axına qarışaraq  "ənənəvi yataqları"ndan sürüklənib: "Əhalidən xahiş edirik ki, sel suları tamamilə çəkilənə qədər bataqlıq ərazilərə, meşəlik cə sulu sahələrə getməsinər...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR