Ərdoğan bu gün İraqa gedir - 13 il sonra...

img

22-04-2024 [08:59]


Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra İraqa rəsmi səfər edəcək. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Bağdad və Ərbildə yüksək səviyyəli rəsmilərlə görüşəcək. 

Tarixi səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su məsələləri müzakirə olunacaq.

Məlumata görə, Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq prezidenti Əbdüllatif Rəşidlə görüşəcək. Daha sonra o, İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə bir araya gələcək.

Daha sonra Prezident Ərdoğan Bağdaddan Ərbilə gedəcək.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA