Selçuk İnan: "Liqada qalmağa çalışırıq"

img

22-04-2024 [00:31]


Türkiyə Super Liqasının 33-cü turunda "Kasımpaşa"ya ilə üzləşən Selcuk İnanın baş məşqçisi olduğu "Qaziantep FK kritik qələbə qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Selçuk İnanın komandası oyundan 2-0 hesablı qalibiyyətlə ayrılaraq, təhlükəli zolaqdan çıxıb.

Komanda bu qələbədən sonra 34 xalla 16-ci pöilləyə yüksəlib.

Oyundan sonra jurnalistlərə açıqlama verən Selçuk İnan azarkeşlər önündə oynamaq üstünlüyündən istifadə etdiklərini deyib: "Çox gərgin matçlar keçiririk. Qarşıda 5 matç var, biz bunların hamısında qalib gələrək 15 xal toplamaqda qərarlıyıq. İnanın, hər oyuna bu amacla çıxıb, liqada qalmağa çalışırıq. İndi bizi qarşıda "Trabzonspor"la gərgin oyun gözləyir. Bu oyundan istədiyimiz nəticəni alsaq, o zaman daha yaxşı mövqeyə sahiblənəcəyik...".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR