562 minlik saat deputatı çətinə saldı: paylaşım silindi, ancaq... - FOTO

img

22-04-2024 [16:09]


562 min lirəlik saatı ilə diqqət çəkən və buna görə sosial mediada "topa tutulan" prezident Ərdoğanın lideri olduğu AK Partiyanın parlamentdəki fraksiyasının sədr müavini Bahadır Yenişehirlioğlu tənqidlərə cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə gün əvvəl partiyadaşları ilə çəkdirdiyi selfidə qolundakı saatla bağlı müzakirə açılmasından sonra deputat "Biz millətin ta özüyük" başlığı ilə paylaşdığı fotonu dərhal silsə də, xeyri olmayıb.

Hətta deputatın 562 min lirəlik saatı partiyadaşları tərəfindən belə qəbul olunmayıb. 

Deputat və fraksiya sədrinin müavini isə sosial mediada ona və şəkildəki partiyadaşlarına təhqirləri qəbuledilməz sayıb və saatı halal yolla aldığını yazıb: "Zəhmətlə aldığım saatı taxmağa davam edəcəyəm" 

Onun paylaşımını aşağıda olduğu kimi təqdim edirik:

Tahir Şəlvəli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR