15 yaşlı qıza narkotik satdı, qardaşı satıcını qətlə yetirdi - ŞOK VİDEO

img

27-06-2014 [09:48]


Ufada ölümcül zəhərin satıcısını ölümünə qədər çaynik və turniklə vurublar. Ufalı gənc bacısını narkotiklərə oturtmuş dilerin üzərində məhkəməsiz cəzalandırma tətbiq edib. 

Dostu ilə birgə dəmir turnik və çayniklə silahlanıb narkotik satıcısının axtarışlarına yola düşən gənclərin hərəkəti müşahidə kamerasının obyektivinə düşüb.

Qəniyevlər ailəsində faciə yarım il əvvəl baş verib. Evin kiçik qızı 15 yaşlı Elina narkotikləri istifadə etməyə başlayıb. Ailənin tanışlarının sözlərinə görə, qızın böyük qardaşı Daniel Qəniyev bacısının narkotikdən istifadə etdiyini bildikdə yaman qəzəblənib. 

Daniel baş verən hadisənin detallarını istintaqa danışıb. Hadisə günü o, valideynləri və Elinaya baş çəkməyə gəlib. Bacısını yenidən "kef altında" gördükdə səbri daşıb və o, narkotik alverçisini axtarmağa başlayıb. O dairədə hamı Mixail Qolovinin zəhər satdığını bildiyindən onu tapmaq çətin olmayıb.

Davanın gedişatında dostlar dilleri metal turnik və çayniklə küçədə döyüb. Sonra Mixail Qolovin hadisə yerindən evə yollanıb. Evdə o, şüurunu itirərək ölüb. 

Gənclər həbs edilib. Hadisə ilə bağlı cinayət işi açılıb(anspress).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA