Qaynatasıgilə icazəsiz getdiyi üçün arvadını qanına buladı (TƏFƏRRÜAT)

img

30-06-2014 [11:59]


Ötən gün axşam saatlarında Siyəzən şəhərində ər arvadını qısqanclıq üzündən qana boyayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Babaverdi Dəmirov küçəsində yaşayan İsgəndərovlar ailəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Siyəzən şəhər sakini Muradxan Bahadur oğlu İsgəndərov arvadı 1994-cü il təvəllüdlü Səbinə Əbil qızı İsgəndərovaya bir neçə bıçaq zərbəsi vurub. Qadın bədəninin müxtəlif nayihələrindən aldığı çoxsaylı bıçaq xəsarətlərilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Arvadını bıçaqlayan Muradxan İsgəndərov hadisə yerindən qaçıb. O, polisdən gizlənməyə çalışsa da, buna nail ola bilməyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis arvadını bıçaqlayan kişini yaxalayıb.

Muradxan İsgəndərov polisə verdiyi ifadədə arvadını qısqandığı və onun sözünə qulaq asmadığı üçün bıçaqladığını deyib. Kişinin sözlərinə görə, Səbinə İsgəndərova ondan icazə almadan atasının evinə gedib. Bunun səbəbini soruşduqda isə qadın ona cavab qaytarıb. Kişi də bundan əsəbləşərək bıçağa əl atıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA