Tofiq Quliyev Avropa çempionu olub

img

17-04-2024 [11:22]


Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub.

Bilyard Federasiyasından Mia.az-a bildirilib ki, Moldovanın Kişinyov şəhərində keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında həmyerlimiz Tofiq Quliyev 7 ölkədən 70 rəqibinə qalib gələrək çempion olub.

2-ci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü yerlə kifayətlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA