"Mançester Yunayted" türk qapıçını satır - 2 milyon zərərlə

img

17-04-2024 [00:23]


Mövsümün əvvəlində "Fənərbağça"dan "Mançester Yunayted"ə böyük ümidlərlə transfer olunan qapıçı Altay Bayındır Super Liqaya dönür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Mançester Yunayted"də ümidləri doğrultmayan və bu səbəbdən forma şansı tanınmayan Altay Bayındır “Trabzonspor”la anlaşıb: "Qara dəniz klubunun rəhbərliyi Altay Bayındırla görüşərək, anlaşıb. Mövsümün sonunda Uğurcan Çakırla yollarını ayırmağa qərar verən  klub onunla rəsmi müqavilə imzalayacaq".

Xəbərdə deyilir ki, mövsümün əvvəlində Altay üçün 5 milyon avro sayan "Mançester Yunayted" indi onu 3 milyon avroya satmağa hazırdır.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 21.05.2024

MİQ və problemlər...