Respublika Humanitar Fənlər Gimnaziyasının təşkilatçılığı ilə məktəblərarası biologiya yarışması keçirilib - FOTOLAR

img

16-04-2024 [23:52]


Bu gün S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının təşkilatçılığı ilə #Teams platforması üzərindən #onlayn formada, #məktəblərarası biologiya yarışması keçirilib.

Mia.az xəbər verir ki, yarışmada Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyi , Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsi , Şəmkir rayon Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxs , Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey və 189-190 Nömrəli Tam Orta Məktəb VII sinif şagirdləri iştirak etdi.

Yarışmada Şirvan KBTL I yer, Şəki KBTRL II yer, Gəncə FRİTL isə III yeri əldə etmişdir.

Yarışmanın təşkili üçün S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktor müavini Günel Vahabzadəyə, təqdim olunan suallar üçün Sumqayıt şəhər Təbiət Elmləri Gimnaziyasının müəllimi Camal Kərimova təşəkkür edirik.

İştirak və dəstək üçün bütün təhsil müəssisələrinin rəhbərliyinə və əməyi keçən bütün müəllimlərə minnətdarlığımızı bildirmək istəyirik. Bu yarışmaya göstərdiyiniz maraq və dəstək üçün təşəkkür edirik.

Məktəblərarası əməkdaşlıq, fərqli məktəblər və ya təhsil müəssisələri arasında bilik və bacarıqlarını paylaşmaq şagirdlərin gələcək perespektivi üçün əhəmiyyətlidir. Bu yarışmaya göstərdiyiniz maraq və dəstək üçün, həmçinin mükəmməl performansınız üçün təşəkkür edib, qalibləri təbrik edirik.

Uğurlarınızın davamını arzulayaraq, yenidən bir araya gəlmək ümidi ilə, sizlərə bir daha minnətdarıq! #yarışma #müsabiqə #tədqiqat #dəstək #biologiya #şagird

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR