Sabiq deputat hakim qarşısına çıxarıldı: "Siyasi fəaliyyətimə görə həbs edilməmişəm" - VİDEO, FOTO (Yenilənib)
29-04-2024 [12:03]
Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Nazim Bəydəmirlinin vəkili prosesdə bir sıra vəsatətlə çıxış edib.
Həmin vəsatətlərdən biri seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub. Vəkil vəsatətini onunla əsaslandırıb ki, müvəkkili ictimai şəxsdir, bundan əvvəl cinayət törətməyib, həmçinin şahidlərə təsir etmək imkanı yoxdur.
Müdafiə tərəfinin digər vəsatəti iddia olunan cinayət işinin cəlbetmə müddətinin keçməsi ilə bağlıdır. Vəkil hesab edir ki, iş materiallarında iddia olunan cinayət əməli 30 il əvvəl baş verib. Bu səbəbdən cinayət təqibinə xitam verilməlidir.
Nazim Bəydəmirli özü də vəkilinin vəsatətlərinə münasibət bildirib: “Guya 1996-cı ildə baş vermiş hadisə ilə bağlı mənə ittiham irəli sürülüb. 4 iyulda mənə ittiham verilib, hansı ki, həmin gün mən guya zərərçəkmiş olan Ədalət Bağırovdan şikayətə gəlmişdim. Mən ondan heç nə tələb etməmişəm. Biz şərik olmuşuq, şikayətimdə də onu demək istəyirdim ki, mənim onunla ortaq şirkətimdə 30 faiz payım var. 6 saat sonra məni elə Ədalət Bağırovun şikayəti əsasında saxladılar”.
Nazim Bəydəmirli son olaraq özünün siyasi məhbus hesab etmədiyini qeyd edib: “Mən siyasi məhbus deyiləm. Çünki siyasi fəaliyyətim yoxdur. Mənim adımdan istifadə olunmasını istəmirəm. Mən siyasi fəaliyyətimə görə həbs edilməmişəm. İqtidara və müxalifətə də eyni məsafədə olan adamam. Mən dövlətimə, vətənimə sadiq adamam”.
Prokuror vəsatətlərin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.
Məhkəmə prokurorla razılaşıb. Müdafiə tərəfinin qaldırdığı vəsatətlər rədd edilib.
İlk baxış iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, N.Bəydəmirli 9 ay əvvəl iki nəfəri şantaj etmək ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər-İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb.//”Qafqazinfo”
***
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Nazim Bəydəmirlinin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Məlumata görə, hakim Nazim Bəydəmirlinin anket məlumatlarını dəqiqləşdirib. Təqsirləndirilənin vəkili Aqil Layıc hakimə məhkəmə prosesində jurnalistlərin iştirakını vacib hesab etdiyini bildirib. Vəkili Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Qeyd edək ki, cinayət işində 2 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, eks-deputat ötən ilin iyulunda həbs olunub.
İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb/Unikal.
Azər İsrafilov
Yardımlıda narkokuryerlər tutulub - FOTO
Qarabağ Universitetinə sözçü axtarılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Anderson Taliska "Beşiktaş"a dönür?
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftəyə 7.5 milyard dollar artıb - Qızıl isə...
Bələdiyyə sədri həbs olunub - Açıqlama
Lukaşenko Şəhidlər xiyabanını ziyarət edib
iki teatra milli status verilib - Hökumətdən qərar
Əliyevlə Lukaşenko “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
Fikrət Məmmədovun daha bir kadrı "vurulub" - "Mən yeni vəzifəyə təyinat almamışam" (Yenilənib)
Deputat icra başçısını qınadı: "Zirzəmisinin şəhid ailəsinə ayrılması başadüşülən deyil"
Lukaşenko Azərbaycanda - Prezidentlər görüşüb, yeni sənədlər imzalanıb (FOTOLAR) - Yenilənib
Qəzzada savaş: ölənlərin sayı 35 272-yə çatıb
Dünyanı heyrətə salan olay: 17 yaşında yoxa çıxan gənc 27 il sonra qonşunun tövləsindən tapıldı - FOTO
Şırnakda PKK-ya qarşı daha əməliyyat: 40 nəfər saxlanılıb
ABŞ Konqresinin binasında kokain tapılıb - Polis açıqladı
İsrail İordan çayının qərb sahilində həbsləri dayandırmır
Güllələnən Baş nazirdən yeni xəbər var: "Həyatına təhlükə yoxdur" - 71 yaşlı sui-qəsdçi şair "medianı məhv edib" deyir
Azərbaycanda əhali artıb
Sabah yağış yağacaq
Mətbuat katibi: "Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq"
Ruben Vardanyanın həbs tədbirinin müddəti uzadıldı (Yenilənib)
Rəqsanənin mülklərinə həbs qoyulub
TAKSİLƏRDƏ QİYMƏT ARTIRILIR - Bu tarixdən...
ABŞ Qəzza sahilində müvəqqəti liman tikib: "Yardımlar buradan daha tez çatdırılacaq" - "Qəzzaya heç bir ABŞ əsgəri girməyib"
Lalə Şövkət: "Parlament seçkilərinə qatılmayacağam"
QARADAGDA RÜŞVƏTLƏ EV TİKİNTİSİ: İcra Hakimiyyətinin vəzifəli şəxsi "iş başı"nda tutulub
"Sirab" və "Slavyanka"nın qiyməti süni qaldırılır - Açıqlama
Lənkəranda 22 yaşlı qızı boğaraq öldürüblər, daha sonra isə... - DİN və Prokurorluqdan birgə məlumat
Milli Məclisdə ivrit dilini bilən deputat var - Fransız dilinə üstünlük verənlər də az deyil (SİYAHI)
"Eldar Əzizovun heç vecinə də deyil" - Qaraçuxur sakinlərinin rahatlığını kim pozub? (VİDEO)
Radikal yəhudilər Qəzzaya yardım aparan yük maşınını saxlayıb, sürücünü döyüblər - Ərzaqlar isə yararsız hala salınıb
"Azəriqaz"ın gizli sayğac oyunu: "SMART tipli sayğacların bloklanmasına tapşırıq verilib" - Komitə sədri Dövlət Xidmətinə səsləndi
Azərbaycan nefti 84 dollardan aşağı satılır
Azərbaycan Ordusunun hərbçisi vəfat edib
Türkiyədə 118 qanunsuz miqrant deport edilib
Bakıda məşhur "Ağ çiçəyim" mağazası yanıb - VİDEO (Yenilənib)
"Seltik" çempion oldu - 54-cü dəfə
"Qalatasaray"ın məşhur futbolçusunun xanımı elə fotosunu yaydı ki... - "Yengə, bu, artıq çox oldu..." (FOTO)