"Qalatasaray" növbəti qələbəsini qazanıb

img

16-04-2024 [08:57]


"Qalatasaray"ın qələbə seriyası 13 matça çatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  "Qalatasaray" 7 oyundur məğlub olmayan "Alanyaspor"u devriib.

Oyunda ilk hissədə hesab açılmayıb. "Qalatasaray" ikinci yarıda fərqli oyn üslubu sərgiləyib və 56 və 72-ci dəqiqələrində Barış Alper Yılmaz, 61-ci dəqiqədə Hakim Ziyeç, 83-cü dəqiqədə Mauro İkardinin qolları ilə 4-0 qazanıb.

Bu qələbə sayəsində "Cimbom" liqada 28-ci qələbəsini qazanıb və hazırda 87 xalla liderlikdədir.

7 matçdır məğlub olmayan “Alanyaspor”un məğlubiyyətsizlik seriyası başa çatıb. Komanda hazırdsa 42 xalla 10-cu yerdədir.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA