Daha bir deputat İYİ partiyadan istefa verib: "Əvvəlki həyəcan yoxdur..."

img

09-04-2024 [09:53]


Daha bir deputat İYİ partiyadan istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyanın İzmirdən olan deputatı və 31 mart seçkilərində şəhər bələdiyyəsinə namizədi Ümit Özlale partiyadan ayrıldığını bəyan edib.

O, partiyada artıq "əvvəlki həyəcanlı günlər"in olmadığnı qeyd edərək, istefa verək qərarına gəldiyini deyib.

Xatırladaq ki, deputat, professor Ümit Özlale 28 aprel 1972-ci ildə Almaniyada anadan olub. O, 1995-ci ildə ODTÜ-ninn İqtisadiyyat fakültəsini bitirib, 2001-ci ildə Boston Kollecində İqtisadiyyat üzrə doktorluq dərəcəsini tamamlayıb.

Müxtəlif universitetlərdə çalışan Özlale 2003-2011-ci illər arasında Türkiyə Respublikası Mərkəzi Bankında çalışıb. 14 may 2023-cü ildə İzmirdən deputat seçilib.

Tahir Şəlvəli

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR