Rusiya MN: "Vodyanoye qəsəbəsi nəzarətə götürülüb" - "Ukraynaya məxsus daha üç Su-25 qırıcısı vurulub"

img

05-04-2024 [19:46]


"Ukraynada xüsusi hərbi əməliyyat uğurla davam edir, bu gün daha bir qəsəbəyə nəzarəti ələ keçirdik".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Döyüş bölgəsindən son məlumatları açıqlayan Rusiya MN-dən bildirilib ki, Donetsk vilayətindəki Vodyanoye qəsəbəsi nəzarətə götürülüb: "Hər kəs bilsin ki, Ukraynanın 31 mart - 5 aprel tarixləri arasında Rusiya ərazisindəki neft, qaz və enerji obyektlərinə zərər vurmaq cəhdinə cavabımız layiqincə olub. Rusiya Silahlı Qüvvələri havadan və qurudan atılan yüksək dəqiqliklə silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın enerji infrastrukturuna, o cümlədən hərbi və sənaye müəssisələrinə, hava hücumundan müdafiə sistemləri vasitələrinə, yanacaq anbarlarına, Ukrayna qoşunlarının və xarici muzdluların müvəqqəti yerləşdirildiyi məntəqələrə ümumilikdə 39 hücum həyata keçirib. Bütün hücumlar planlanan kimi uğurla başa çatdırılıb. Bununla belə, Rusiya ordusu Donbasda  istiqamətində xeyli irəliləyib. Hərbçilərmiz Ukrayna müdafiəsinin dərinliklərinə doğru irəliləyərək əlverişli mövqeləri nəzarət altına alır. Belə mövqelərdən biri də Avdiyivka istiqamətindəki Donetskdə Vodyanoye qəsəbəsi olub. Artıq bu qəsəbə rus hərbçilərinin tam nəzarəti altınadır".

Rusiya MN-dən o da bildirilib ki, son bir həftə ərzində Rusiya hərbçiləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 3 Su-25 döyüş təyyarəsi və 5 S-300 zenit-raket kompleksini məhv edib: “1 Miq-29 qırıcısı, 5 Hammer və JDAM hava idarəli bombaları, HIMARS, Vampire və Uragan sistemlərindən atılan 91 raket və 1119 İHA məhv edilib".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR