Müsavatda qurultay: Osman Kazımov namizədliyini geri götürüb

img

30-04-2024 [15:47]


Müsavat Partiyasının düvan üzvü Osman Kazımov partiya sədrliyinə namizədliyini geri götürüb.

Məlumata görə, Osman Kazımov bu addımına səbəb Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Müsavat Partiyasının başqan vəzifəsinə namizədliyini irəli sürməsi olub.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumatı təsdiqləyib(qaynarinfo).

Xatırladaq ki, Müsavat Partiyası may ayının 4-də növbəti qurultayını keçirəcək. Partiyanın yeni sədri vəzifəsi uğrunda gedən mübarizəyə 2 namizəd qalıb: İsa Qəmbər və Natiq Ulubey.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA