Azərbaycanda yarım milyonluq mənimsəmə - Vəzifəli şəxs tutuldu

img

25-06-2014 [14:27]


Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi.

Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə kənd sakinlərinin guya buğda əkmələri barədə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən ayrılmış yardımın 447 min manatını mənimsəmə və israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA