Ramil Usubov xidmət etmək istəyən şəxsləri qəbul edəcək

img

23-06-2014 [17:19]


Daxili işlər naziri Ramil Usubov polisdə və Daxili Qoşunlarda xidmət etmək istəyən şəxsləri qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənverilən məlumata görə, DİN Baş Kadrlar İdarəsi bildirir ki, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri 28 iyun 2014-cü il tarixdə saat 13.00-da Quba Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcək.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşlar işlə təmin olunmaları ilə əlaqədar qəbul edilməyəcəklər.

- See more at: http://axar.az/news/21922#sthash.Y5Rh7U3L.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA