DEPUTAT AĞALAR VƏLİYEVİN OĞLU GÜRCÜSTANDA TORPAQ ALDI - 50 milyon dollarlıq iki bina tikəcək (FOTO)

img

04-04-2024 [00:21]


"Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev Gürcüstanın Kabuleti kurort şəhəri, Agmashenebeli küçəsində (277 və 313) iki binanın tikintisi üçün 1.648.000 və 2.550.000 lari dəyərində torpaq sahələri alıb".

Mia.az xəbər verir ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Feysbuk-dakı səhifəsində yazıb.

Jurnalist bildirib ki, deputatın oğlunun tikdirəcəyi binalar biri 30 milyon və digəri 20 milyon dollar olmaqla layihələndirilib və təsdiq edilib: "Məlumat üçün qeyd edim ki, Pərviz Vəliyev Gürcüstanda qeydiyyatdan keçmiş CRYSTAL BUILDİNG LTD-nin 50 faiz payçısıdır".

Samir Musayev

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA