“İstanbul Klinika” cərimələndi

img

26-12-2025 [12:58]


“İstanbul Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, keçirilmiş plandan kənar yoxlama zamanı klinikada lisenziyadan kənar dermatoloji iş və faəliyyətlə məşğul olunması, sertifikatsız praktiki tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.

Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törədilib və protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə klinikaya 7 min manat cərimə yazılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA