Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var

img

26-12-2025 [17:39]


Bu gün Suriyanın mərkəzində yerləşən Homs əyalətində məscidə terror törədilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əli Talib məscidində cümə namazı zamanı partlayış olub.

Məlumata görə, partlayşda səkkiz nəfər ölüb, 18 nəfər yaralanıb.

Suriya rəsmi agentliyi SANA-nın məlumatına görə, məscidə bombalar namazdan əvvəl tyerləşdirilib: "Namaz vaxtı isə uzaqdan idarə olunaraq işə salınıb. Hadisə ilə bağlı araşdırma başlayıb".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA