Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər

img

11-02-2026 [17:27]


Türkiyədə iki telekanal cəzalandırılıb

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Radio və Televiziya Ali Şurası (RTÜK) qərar verib.

Qərara əsasən, Halk TV-də Ebru Bakinin aparıcılığı ilə yayımlanan "Para Siyasət" verilişində jurnalist Uğur Dündarın CHP sədri Özgür Özel ilə CHP-dən istefa verən Keçiören bələdiyyə başçısı Mesut Özarslan arasında votsap yazışmalarındakı söyüşlərin səsləndirməsi cəzaya əsas yaradıb: "Bundan başqa, NOW TV telekanalı "Qısqanclıq" teleserialında ailə institutuna xələl gətirən, evli şəxslərin başqalarından uşaq sahibi olmasını təbliğ edən səhnələrə  görə cərimələnib".

Ləman

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA