“ASAN Xidmət”də əlbəyaxa dava düşüb

img

26-12-2025 [13:42]


Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində xuliqanlıq edən şəxs həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhər sakini olan S.Məmmədov (şərti soyadlı) barəsində inzibati protokol tərtib edilib.

Bildirilib ki, həmin şəxs sayğac kartını dəyişdirmək üçün mərkəzə gələrkən girişdə yoxlamadan keçmək istəməyib. Belə ki, o, binaya daxil olarkən mühafizə əməkdaşı detektor vasitəsilə yoxlayıb və siqnal səsi gəlib. Bu zaman S.Məmmədovun təkrar turniketdən keçməsi tələb edilib. Lakin o bu tələbi yerinə yetirməkdən imtina edərək səs-küy salmağa, dava yaratmağa başlayıb. Nəticədə mühafizə əməkdaşı və vətəndaş əlbəyaxa olublar və pilləkəndən yıxılıblar.

Mərkəzin normal fəaliyyətini pozan və ictimai yerdə xuliqanlıq hərəkətləri edən vətəndaş saxlanılaraq Gəncə Şəhər 2-ci Polis Şöbəsinə aparılıb və barəsində protokol tərtib edildikdən sonra Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 sutkalıq həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA