AFFA-nın növbəti Konfransının gündəliyi açıqlanıb

img

01-04-2024 [15:41]


Aprelin 2-də keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi açıqlanıb.

Mia.az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildir.

Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA