Goranboyda banklara borcu olan şəxs özünü qatarın altına atıb

img

25-06-2014 [11:10]


Goranboy rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Ağamalıoğlu kəndi ərazisində baş verib. 

Goranboy rayon sakini, 1975-ci il təvəllüdlü Faiq Musayev sözü gedən kəndin ərazisində intihar məqsədi ilə özünü qatarın altına atıb. Ağır bədən xəsarətləri alan F. Musayev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı F. Musayevin banklara xeyli miqdarda borcunun olduğu və bu səbəbdən intihara cəhd etdiyi məlum olub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA