Köhnə maşın sahiblərinə 3 ay vaxt verildi: iyulun 1-nə qədər qeydiyyatdan keçməyənlərə sonradan şans tanınmayacaq - Bəs qiymətlər necə olacaq?
30-03-2024 [15:22]
İyul ayının 1-dək istehsal ili 15-dən çox olmayan və rəngindən asılı olmayaraq avtomobillərlə taksi xidməti göstərməyə icazə veriləcək.
Amma üç aydan sonra, artıq iyul ayının 1-də müraciət edən taski sürücülərinə avtomobillərin istehsal ilinin 8 ilədək olması və rənginin ağ, yaxud qırmızı olması tələbi qoyulacaq.
Mia.az-ın məlumatına görə, Sputnik Azərbaycan-a bu sözləri taksilərlə bağlı yeni təsdiqlənmiş qərarı şərh edən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib.
Qeyd edək ki, taksi minik avtomobilləri ilə bağlı dünən təsdiq edilmiş tələblər geniş müzakirəyə səbəb olub. Ən çox mübahisələndirilən məsələ isə taksi avtomobillərinə istehsal tarixi və rəngi ilə bağlı qoyulmuş tələblərdir. Belə ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.
Elməddin Muradlı bildirib ki, bəzi insanlar yeni qərarı düzgün anlaya bilməyib.
"Əksər insanlar elə hesab edir ki, taksi avtomobillərinə son istehsal tarixinin 8 il olması tələbi indidən qoyulub. Burada əsas diqqət yetirilməli məqam taksi sürücüləri üçün üç ay müddətin verilməsidir. Bu müddət, taksi sürücüləri üçün bir şansdır. Yəni, iyulun 1-dək avtomobilinin tekxniki pasportunda ili 15 ildən çox göstərilməyən şəxslər taksi xidməti göstərmək istəyirsə, onlara bu xidmətə icazə veriləcək. Həmçinin avtomobilinin rənginə də tələb qoyulmayacaq. Amma kim ki iyul ayının 1-də taksi xidməti üçün müraciət edəcək, onlara artıq avtomobillərinin son istehsal tarixinin 8 ildən köhnə olmaması və rənginin ağ yaxud qırmızı olması tələbi qoyulacaq" - Elməddin Muradlı bildirib.
Ekspertin fikrincə, yeni qərar taksi xidmətinin keyfiyyətinin artırılması üçün müsbət addımdır: "Hamımız taksi fəaliyyətində xaosun və qayda-qanun nə vaxt yaranacağını gözləyirdik. İndi bu qərar verilib, yenə burada bir "əmma", problem axtarmağa çalışırıq. Taksi xidmətində keyfiyyətin artırılmasını istəyən də bizik, bu qərarda problem axtarmaq istəyən də. Mən isə düşünürəm ki, bu qaydaların qəbulu taksi xidmətində keyfiyyəti yüksəldəcək. Digər dövlətlərdə də istehsal ili 5, ən pis halda 10 ilədək olan avtomobillər taksi xidmətində fəaliyyət göstərə bilir. Azərbaycanda isə verilmiş qərara görə, ilkin 15 il müddət nəzərdə tutulub".
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, yeni təsdiqlənmiş qərar, taksilərin sayını azaldacaq:
"Hökumət rəsmiləri belə düşünür ki, Bakıda taksi sayı çoxdur. Ona görə də onun sayını iki-üç dəfə azaltmağa çalışırlar. Məntiqlə, iqtisadi qanunla təklif azaldıqda qiymət artır. Ona görə də taksi sayı azaldıqda qiymətlər artacaq. Sərt qərar taksi xidməti göstərənlərin sayını azaltdıqda, qiymətlərin ən azı iki dəfə artmasının şahidi olacağıq".
Xatırladaq ki, taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.
Buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:
– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;
– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;
– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.
Taksi minik avtomobilləri "ABS" əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günədək də var idi.
Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır.
Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını xahiş edir.
1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.
Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!