Tuncay Şanlıdan superliqa mesajı: "Mövsümün sonuna qədər uduzmamağa çalışacağıq"

img

29-03-2024 [13:47]


Trendyol 1-ci liqa komandalarından "Sakaryaspor" komandası mövsümün sonunadək 3-cü pillədəki yerini qorumağı hədəfləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bununla pley-offda birbaşa finala yüksəlmək niyyətindədir.

Xatırladaq ki, mövsümün ilk yarısını 32 xalla 4-cü pillədə başa vuran "Sakaryaspor" ikinci hissədə 10 matçda 15 xal toplayaraq hazırda 47 xalla liqada 3-cü pillədə qərarlaşıb.

1-ci Liqada ilk 3-lüyü tutanlar birbaşa superliqaya yüksələcəklər. 4, 5, 6 və 7-ci yerləri tutanlar isə superlqia uğurunda qarşılaşacaqlar.

"Sakaryaspor"un baş məşqçisi Tuncay Şanlı 3-cü yerin bu səbəbdən əhəmiyyətindən yerli jurnalistlərə danışıb: "Hazırda 3-cü yerdə - superliqaya keçid məqamındayıq. Təbii ki, qalan 7 matçda uduzmamaqla xəyalımızı gerçəkləşdirməyə çalışacağıq". 

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA