"Bavariya" Arda Güləri transfer etmək istəyir

img

29-03-2024 [11:26]


Mövsümün əvvəlində "Fənərbağça"dan "Real Madrid"ə keçən 18 yaşlı türkiyəli futbolçu Arda Gülərin Almaniyanın nəhəng klubuna transferi gündəmə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.

Məlumata görə, Almaniyanın "Bavariya" komandası Arda üçün hərəkətə keçib: "Alman klubunun rəhbərliyi "Real Madrid"in prezidenti Florentino Pereslə yaxşı münasibətdədir. Onlar arasında Arda Gülərin tranferi müzakirə olunub. Güman ki, yay transfer dönəmində buna rəsmi qərar veriləcək"

Xatırladaq ki, Arda Gülər indiyədək "Real"ın heyətində cəmi 7 matçda forma geyinib, bir 1 qol vurub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR