Bankın sabiq müdiri həbs edildi

img

24-06-2014 [16:06]


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin "Qazax” filialının vəzifəli şəxsləri tərəfindən qanunsuzluqlara yol verilməsi faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla filialın sabiq müdiri Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş 650 min manat məbləğində vəsaiti kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib həmin vəsaitin 150 min manatını mənimsəməklə "RoyalBank” ASC-yə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA