Bakıda güclü külək 6 nəfəri yaraladı

img

23-06-2014 [17:24]


Paytaxtda əsən güclü külək 8 nəfəri az qala canından edəcəkdi.

Növbətçi Bu gün Bakıda əsən güclü külək nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin başına ağac aşıb. Onlardan 4-ü kişi. 2-si isə qadındır.

Yaralılar dərhal xəstəxanaya aparılıb. Onlardan 5-nin vəziyyəti nisbətən ağırdır.

Bundan başqa, bir qadın yeni tikilinin altından keçərkən başına kərpic düşüb. Qadın bir müddət huşunu itirib. Sonradan qadınailkin tibbi yardım göstərilib.

Güclü külək digər bir qadın üçün də təhlükə yaradıb. Belə ki, binaların altından keçərkən pəncərədən qırılan şüşə qadının başına düşüb. Qadına ilkin yardım göstərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA