Toral Bayramov: "Heç kimsədən qorxmuruq" - VİDEO

img

25-03-2024 [10:21]


Bu gün saat 20.00-da başlayacaq Azərbaycan -Bolqarıstan oyunu ərəfəsində milli komandanın oyunçusu Toral Bayramov hücum xəttində olan futbolçuların qol vura bilmədiyinə dair sualları cavablandırıb.

Mia.az-ın məlumatına görə, o, əməkdaşımızın "hücumçular ola-ola qolu niyə müdafiəçi vurmalıdı? Nədən hücum xəttində olanlar qol situasiyalarını reallaşdıra bilmir", sualına cavabında bildirib ki, komanda oyununda hər kəs bir mövqedə qərarlaşsa da, qolu hər kəs vura bilər və bunun üçün vəzifə bölgüsü yoxdur.

Toral Bayramov həmçinin Bolqarıstanla oyuna toxunaraq bildirib ki, heç bir rəqib oyunçudan çəkinmirlər və meydana iddialı çıxacaqlar.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA