Dəmirəl: ''Daha yuxarılara qalxmaq istəyirik"

img

18-03-2024 [00:09]


Türkiyə Superliqasının 30-cu turunda Mersində "Yılport Samsunspor"la qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan "Atakaş Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl oyundan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3:0 hesabı ilə qalibiyyətdən sonra 33 xalla 15-ci yerə yüksələn Volkan Dəmirəl zirvəyə doğru yüksəlməyə çalışacaqlarını deyib: ""Samsunspor" yaxşı komandadı, çox yaxşı da mübarizə apardılar. Ola bilsin ki, oyun üslubumuzdan razı qalmayaq, amma indiki həssas dövrdə xal qazanaraq, aşağı liqaya düşmə xəttindən daha yüksəklərə qalxmaq istəyirik. Komandam buna layiqdir".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA